Onlara Dövlət Mükafatları verildi – Sərəncam

Oxunma vaxtı:24 Saniyə

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.

Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə, Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.

Loading

Next Post

ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR? 

Ukrayna prezidenti Volodimir Zelenski daha bir xoş olmayan sürprizlə üzləşib. Belə ki, iyunun 15-16-da Bürgenstokda planlaşdırılan Ukrayna üzrə sülh konfransında aparıcı dövlətlərin liderlərinin iştirakı sual altına düşüb. Halbuki, Zelenski bu konfransa G7, G20 və BRICS ölkələrinin liderlərini dəvət etmişdi.  Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı. Amma […]