Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib – Peskov

Oxunma vaxtı:24 Saniyə


Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov Azərbaycan və Ukrayna prezidentləri arasında baş tutan telefon danışığını şərh edib.

O bu zaman Rusiyanın heç vaxt Azərbaycanı təhdid etmədiyini, indi də etmədiyini bildirib.

“Ukrayna odun üstünə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək. Bunu proqnozlaşdırmaq çox asandır. Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”,- Peskov deyib.

O, qeyd edib ki, Yekaterinburqdakı həbslər Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı da daxil olmaqla cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib.

Loading

Next Post

Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işlərindən söz açılıb. Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış […]