Husilərin vurduğu ingilis gəmisi BATDI

Oxunma vaxtı:28 Saniyə

Fevralın 19-da Yəməndəki husi üsyançılarının hücumuna məruz qalan Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batıb.

Bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin SABA dövlət agentliyi tərəfindən yayımlanan bəyanatında deyilir.

Zədələnmiş Rubymar gəmisindəki vəziyyəti izləyən böhran qrupu onun əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəbindən dünən gecə batdığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə üzən Rubymar gəmisinə husilərin hücumu nəticəsində ciddi ziyan dəyib. Heyət təcili olaraq gəmini tərk etmək məcburiyyətində qalıb. Ehtimal edilirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə Rubymar yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacaq.

Loading

Next Post

Hazırsa bu yollarda TIXAC var

Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə […]