Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR

Oxunma vaxtı:57 Saniyə

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi yekunlaşır.

Ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Uşaqların elektron sistemdə qeydiyyat prosesi 1 may 2024-cü il tarixindən başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, uşaqların 1-ci sinfə qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.

Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ili üzrə l-ci siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşağın qəbulu gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 1-ci sinfində 46 098 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Agentlik bəyan edib ki, övladlarının 2024-2025-ci tədris ili üzrə 1-ci sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər tələsməli və  mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi etməlidirlər. Onların 1 gün vaxtı qalıb.

Loading

Next Post

Bakı Bulvarının hansı hissəsi açıqdır? - Rəsmi CAVAB

Dənizkənarı Milli Parkına giriş-çıxış bağlanması ilə bağlı məsələyə aydınlıq gətirilib. Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib. Bildirilib ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb. Qeyd olunub ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və […]