Bakı Bulvarının hansı hissəsi açıqdır? – Rəsmi CAVAB

Oxunma vaxtı:28 Saniyə

Dənizkənarı Milli Parkına giriş-çıxış bağlanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.

Qeyd olunub ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və “Formula-1″in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.

Loading

Next Post

Sabah yağış yağacaq

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. […]