Əli Əsədov rusiyalı həmkarını təbrik edib

Oxunma vaxtı:28 Saniyə

Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Mixail Mişustini Rusiyanın dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik edib.

Məktubda Əli Əsədov qeyd edib ki, iki xalqı birləşdirən çoxəsrlik dostluq telləri, mehriban qonşuluq və qarşılıqlı anlaşma Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın bünövrəsidir.

İki ölkə arasında geniş spektrdə, o cümlədən ticarİ-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Loading

Next Post

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 007,5 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq […]