Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 55% artıb

Oxunma vaxtı:34 Saniyə

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.

Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4% azalıb.

Loading

Next Post

Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ

Qadın anlayışı dinlərin formalaşdırdığı ən köklü sosial təsəvvürlərdən biri olub. Tarix boyu dünya dinləri qadının cəmiyyətdəki rolu, mənəvi statusu və sosial funksiyaları barədə müxtəlif mövqelər sərgiləyib. Dinlərdə qadın bir tərəfdən məhsuldarlıq və həyat verici qüvvə ilə əlaqələndirilsə də, digər tərəfdən ictimai və dini qərarvericilikdən kənarda saxlanılıb.Bütün bu yanaşmaların izləri bu […]