Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

DogruSozTv Az
Oxunma vaxtı:54 Saniyə

Müdafiə Nazirliyinin rəhbər heyəti Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.

Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Loading

Next Post

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”nda bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 3,6 % çoxdur. Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5 % artıb.