Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə aprelin 4-ü gündüzdən 6-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Loading

Next Post

Cevdet Yılmaz: Cənubi Qafqazda sülh türk dövlətləri ilə əlaqələri gücləndiracək

Cənubi Qafqazda sülhün təmin olunması Türkiyə ilə türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək. Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının son dövrlərdə əldə etdiyi irəliləyiş çox dəyərlidir. “Dünyada geosiyasi gərginliklərin artdığı, risk və qeyri-müəyyənliklərin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq qurumların və qaydaların […]