Cevdet Yılmaz: Cənubi Qafqazda sülh türk dövlətləri ilə əlaqələri gücləndiracək

Oxunma vaxtı:20 Saniyə

Cənubi Qafqazda sülhün təmin olunması Türkiyə ilə türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək.

Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının son dövrlərdə əldə etdiyi irəliləyiş çox dəyərlidir.

“Dünyada geosiyasi gərginliklərin artdığı, risk və qeyri-müəyyənliklərin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq qurumların və qaydaların zəiflədiyini görürük. Belə bir şəraitdə ikitərəfli münasibətlərin və regional inteqrasiyanın daha da önəmli olduğunu anlayırıq”.

Loading

Next Post

Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin […]