BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

Oxunma vaxtı:42 Saniyə

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, bu tədbir ümumilikdə COP-a inamı gücləndirəcək.

Bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

“Biz “təşviqedici COP”, “’inklüziv COP”, “maliyyə COP” sözlərini eşitmişik. Məncə, bu üç meyar COP29-un gözlənilən uğurunun əsasını təşkil edir”, – o bildirib.

Sədr qeyd edib ki, yüksək səviyyəli görüşün iştirakçıları COP29-un uğurunun bir hissəsi və səfirləri olmaq istəyirlər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Loading

Next Post

Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır

Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə […]