Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.

Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün önəmi xüsusi qeyd edilib.

Loading

Next Post

Ankara Hörmüz boğazından yan keçən yeni enerji ixrac marşrutları hazırlayıb

İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Bu barədə “Türkiye” qəzeti Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin rəhbəri Ömər Bolatın sözlərinə görə, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da, xüsusən də böhran […]