Məktəblərdə 5 günlük tətil BAŞLADI

Oxunma vaxtı:20 Saniyə

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Loading

Next Post

Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub

Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimat Milli Məclisə daxil olub.Bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti sabah başa çatır.