Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə – 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Loading

Next Post

İyunda bu bürclərin yeni şansları olacaq

İyun ayı bəzi bürclər üçün uğur, yeni imkanlar və gözlənilməz dəyişikliklərlə yadda qalacaq. Astroloqların fikrincə, xüsusilə karyera, sevgi və maliyyə sahəsində bir neçə bürc üçün şanslı dövr başlayır. Əkizlər bürcü üçün iyun ayı yeni tanışlıqlar və iş imkanları ilə seçiləcək. Uzun müddətdir planlaşdırılan layihələrin həyata keçməsi mümkün görünür. Maddi baxımdan […]