Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək

Oxunma vaxtı:17 Saniyə

Milli Məclisin iclasının gündəliyi dəyişib, Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul ediləcək.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” məsələ daxil edilib. Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta ittihamların əks olunduğu qətnaməyə qarşı olacaq.

Loading

Next Post

Spiker: Avropa Parlamenti qərəzli praktikasını davam etdirib

Avropa Parlamenti Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. “Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində, suverenlik prinsiplərinə ciddi əməl olunması şəraitində təmin edilə bilər. […]