İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Oxunma vaxtı:18 Saniyə

Prezident İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidzeyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Baş nazir,

Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Loading

Next Post

Qurban Qurbanov Juninyonun gedişindən danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən forvard Olavio Juninyo ilə bağlı danışıb. 52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib: “Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl “Sevilya” […]