Qurban Qurbanov Juninyonun gedişindən danışdı

Oxunma vaxtı:26 Saniyə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılacağı gözlənilən forvard Olavio Juninyo ilə bağlı danışıb.

52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib:

“Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl “Sevilya” ilə razılaşmışdı, sonra “Flamenqo” da təklif göndərdi. Həm meneceri ilə, həm klubların rəhbərlikləri ilə danışıqlar gedir. Yəqin qarşıdakı günlərdə tam bilinəcək”.

Qeyd edək ki, İspaniyanın “Sevilya” və Braziliyanın “Flamenqo” klubu Juninyonu transfer etmək istəyir.

Loading

Next Post

Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi - "Make America Great Again” hədəfi - TƏHLİL

ABŞ-nin seçilən Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı çıxışı beynəlxalq səviyyədə birmənalı qarşılanmayıb.Prezident səlahiyyətləri icrasının başlamasına az qalmış o, Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, eləcə də Danimarkadan Qrenlandiya adasını satmağı istəyib. O, Panama hakimiyyəti ilə eyniadlı kanalın taleyinin artıq müzakirə olunduğunu da bildirib. Trampın […]