Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək

Oxunma vaxtı:32 Saniyə

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

Loading

Next Post

Prezident 2025-ci ilin prioritetini elan etdi - “Böyük Qayıdış proqramı”nın icrası sürətlənəcək - ŞƏRH

Azərbaycan Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində əldə olunan uğurların yalnız bəzilərini sadaladı. İl ərzində görülən işlərin statistikasını sadalayan Prezident bəyan etdi ki, 2024-cü ili uğurla başa vururuq və qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ən mühüm […]