Sabah hava necə olacaq?

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Loading

Next Post

Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı

Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub. Hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb. Qeyd edək ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin […]