Masazırırın bəzi ərazilərində bu gün elektrik enerjisi olmayacaq

Oxunma vaxtı:48 Saniyə

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

“Azərişıq”dan verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq 16 dekabr tarixində saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq Nəbi, Z. A. Tağıyev, Məhəmmədəmin Rəsulzadə, Nizami, Füzuli küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.

Bununla yanaşı, bu gün Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda vuröulanır.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1,1% azalaraq 63,73 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,43 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]