Sumqayıtda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib

Oxunma vaxtı:22 Saniyə

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading

Next Post

Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın 2-ci yaşayış kompleksinin açılışındakı çıxışı təkcə bir infrastruktur layihəsinin təqdimatı deyil, həm də işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qətiyyətli dövlət siyasətinin davamlılığının təsdiqidir. Uzun illər ərzində “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün dirçəlir, həyat qayıdır və Azərbaycan xalqının iradəsinin gücü öz real təcəssümünü tapır.Prezidentin […]