Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı

Oxunma vaxtı:32 Saniyə

Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

Hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb.

Qeyd edək ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənib.

Hoteldən huşsuz vəziyyətdə çıxarılan Usta ailəsinin üzvləri Yəhya Usta və oğlu Berkini xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.

Fotoda: “Grand Kartal” hoteli

Loading

Next Post

İmişlidə zəlzələ olub

İmişli rayonunda 3.4 bal gücündə zəlzələ olub. Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, zəlzələ Saatlı stansiyasından 11 km şimalında, İmişli rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.