DÜNYA MƏKTƏBİNDƏ FESTİFAL

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Dünya məktəbləri şəbəkəsinin bir qolu olan Gəncə Dünya Məktəbi Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Gəncə şəhərində  açılmışdır. 15 fevral 2021- ci ilə təsadüf edən Gəncənin ilk özəl məktəb kompleksinin təsisçiləri professor, akademik Hamlet İsaxanlı və həyat yoldaşı maarifçi-pedaqoq Nailə xanım İsayevadır. Ötən iki il ərzində müxtəlif tədbirlərə ev sahibliyi edən Gəncə Dünya Məktəbi bu dəfə də Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 100 – cü İldönümünə həsr olunmuş İNCƏSƏNƏT VƏ İDMAN FESTİFALININ keçirilməsinə ev sahibliyi etdi.

21 May 2023-cü il tarixində keçirilən festifalın əsas məqsədi istedadlı şagirdləri üzə çıxarmaq, region məktəbləri arasında elm və təhsil sahısində mübadilələr üçün şərait yaratmaq, dostluq əlaqələri qurmaq və yeni əməkdaşlara şərait yaratmaq idi. Üç mərhələdən ibarət festifalda 6-18 yaş arası şəxslərin iştirakı üçün bütün imkianlar yaradıldı. Festifal ümumilikdə 11 nominasiya – instrumental ifaçılıq, robotexnika, solo ifaçılıq, mini futbol, voleybol, karate-do, rəsm və rəngkarlıq, inşa, bədii qiraət və aktyorluq, şahmat və rəqs üzrə keçirildi.

15 iyun QURTULUŞ GÜNÜndə isə Festifalın Qala gecəsi Gəncə Dövlət Dram Teatrında keçirildi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyəti, Gəncə Yazıçılar Birliyi, Gəncə Gənclər Evi, Xəzər Universtiteti və Dünya Məktəbinin əməkdaşları, İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzi və digər təşkilat nümayəndələri, millət vəkilləri, tanınmış incəsənət adamları, məktəblilər və valideynlər iştirak etdilər.

Qaliblərin final çıxışları anşlaqla qarşılandı və sonda mükafatlanma mərasimi oldu.

Bu cür tədbirlərin ənənə halına keçməsi ümüdü ilə tədbirdən ayrıldım.

Starə İsrafilqızı

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident bu nazirliklə bağlı fərman İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: 1.1. adında “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi […]