“TEKNOFEST Azərbaycan”ın proqramına dəyişiklik edildi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Loading

Next Post

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Bakıdakı səfirliyi 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib. “Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, – məlumatda bildirilib.