Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib – YENİLƏNİB

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

Bu barədə XİN məlumat yayıb.

Qeyd edilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar.

XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.

11:59

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında görüş başlayıb.

Bu barədə XİN məlumat yayıb.

Loading

Next Post

Ceyhun Bayramov: Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndirib

Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndiriblər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə keçirilən brifinqdə bildirib. “İsrailli həmkarım Gideon Saarla görüş zamanı İsrail iş adamları üçün Azərbaycandakı imkanlar və perspektivlər qiymətləndirilib. Xüsusilə, azad iqtisadi zona, Azərbaycanda layihələrin həyata keçirilməsi, həmçinin […]