Ceyhun Bayramov: Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndirib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndiriblər.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə keçirilən brifinqdə bildirib.

“İsrailli həmkarım Gideon Saarla görüş zamanı İsrail iş adamları üçün Azərbaycandakı imkanlar və perspektivlər qiymətləndirilib. Xüsusilə, azad iqtisadi zona, Azərbaycanda layihələrin həyata keçirilməsi, həmçinin çox böyük və perspektivli Mərkəzi Asiya bazarına çıxış kimi istiqamətlərdə çox maraqlı fikir mübadiləsi baş tutdu”, – o qeyd edib.

Loading

Next Post

Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 12.336 şəxs barəsində tətbiq olunub. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, […]