BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir

Oxunma vaxtı:39 Saniyə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, Psixoloji-tibbi-pedaqoji komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə müvafiq məsləhətlər verir.

Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşağın xüsusi təhsilə ehtiyacı varsa, valideyni ilə birlikdə aidiyyəti üzrə regional təhsil idarəsi tərəfindən yaşadıqları ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi pedaqoji komissiyaya yönləndirilır. Müayinə olunduqdan və sənədlərə baxıldıqdan sonra uşağın faktiki vəziyyətinə uyğun olaraq komissiya tərəfindən müvafiq qərar verilir.

Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə (https://baku.edu.gov.az/az/page/316) fəaliyyət göstərir. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.

Loading

Next Post

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün […]