Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Loading

Next Post

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlıqda maraqlıdır və problemin həlli üçün ABŞ texnologiyalarından istifadə etməyə ümid edir. Bu barədə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan adambaşına düşən göstəriciyə görə dünyanın ən çox minalarla çirklənmiş ölkələrindən biridir. İbrahim qeyd edib ki, müasir texnoloji nailiyyətlər […]