Bakının bütün mikrorayonlarında su KƏSİLƏCƏK

Oxunma vaxtı:17 Saniyə

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Loading

Next Post

Fərid Osmanov yüksək posta gətirildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub. Onun yerinə Fərid Osmanov təyin edilib. O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb. F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) […]