Fərid Osmanov yüksək posta gətirildi – FOTO

Oxunma vaxtı:33 Saniyə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.

Onun yerinə Fərid Osmanov təyin edilib.

O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə, həm də Universitetin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib.

Daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

O, 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Loading

Next Post

Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb

Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri […]