Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub

Oxunma vaxtı:24 Saniyə

Avropa İttifaqı (Aİ) Ermənistanda bu günə kimi 3 missiya yaradıb.

Bunu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın tərəfindən Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirə zamanı komissiyanın sədri Ramid Namazov deyib.

O bildirib ki, onlardan biri hüquqi qaydada yaradılsa da, iki missiya Azərbaycana qarşı olub:

“Həmin iki missiya Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid olub. Fransa ümumilikdə Avropa İttifaqının Ermənistandakı missiyasında aparıcı rol oynayır. Bu heyətdə xarici vətəndaşlar təmsil olunur”.

Loading

Next Post

İlham Əliyev Çin kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.