Yeni nazir onları işdən çıxardı

Oxunma vaxtı:35 Saniyə

Ədliyyə Nazirliyində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.

Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu vəzifəsindən azad edilib.

Nazirin digər bir əmri ilə Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov vəzifəsindən azad olunub. 

Süleymanov Anar Bahadır oğlu isə Notariat İdarəsinin rəisi – Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib. O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib.

Loading

Next Post

Hazırda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, Heydər Əliyev […]