Ramazanın 18-ci gününün DUASI

Oxunma vaxtı:39 Saniyə

Martın 28-i Ramazan ayının 18-ci günüdür.

Sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir.

İmsak duası:

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.

Tərcüməsi:

“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Loading

Next Post

Çin ABŞ-dan şikayət etdi 

Çin elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar Dünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib. Bu barədə ÇXR Kommersiya Nazirliyi açıqlama yayıb. Rəsmi Pekin hesab edir ki, Çin istehsalı olan elektromobillərin daxil edilmədiyi vergi güzəştləri proqramı ədalətli rəqabəti pozur və nəticədə Çin məhsullarının satışına mənfi təsir göstərəcək. Nazirlik Vaşinqtonun bu cür […]