Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatdı

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Loading

Next Post

44 saatdan sonra xilas edilən qadının ilk istəyi bu oldu

Türkiyənin  Malatya bölgəsində zəlzələ nəticəsində çökən binalardan birinin dağıntıları altından 44 saatdan sonra 72 yaşlı qadın sağ olaraq xilas edilib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.  Belə ki, dağıntılar altından çıxarılan 72 yaşlı Hanife adlı qadının ilk istəyi su olub. Bundan sonra qadın xəstəxanaya yerləşdirilib.