İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Bu barədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşü zamanı bildirib.

Millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Loading

Next Post

Ərdoğan seçki öncəsi işıq və qaz tariflərini endirdi

“Aprel ayından etibarən bütün abonent qruplarında elektrik enerjisinə 15 faiz, təbii qaz tarifinə 20 faiz endirim edəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya TBMM Qrup Toplantısında çıxışı zamanı deyib. “İnvestisiya, məşğulluq, istehsal, ixrac və cari profisitlə ölkəmizi böyütmək məqsədimizə töhfə verən sənayeçilərimizi dəstəkləmək üçün nə lazımdırsa etməyə davam […]