Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub

Oxunma vaxtı:20 Saniyə

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Afət Əkbərova gətirilib və aprelin 30-dan işinin icrasına başlayıb.

Ona eyni zamanda institutda baş həkim əvəzi vəzifəsi də həvalə olunub.

Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 ilə yaxındır həkim-infeksionist kimi fəaliyyət göstərib.

Loading

Next Post

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyən edilməsi üçün bir neçə istiqamətdə iş aparılır. Bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif yerlərində dəfn edilmiş naməlum şəhid məzarlarından genetik nümunlərin götürülməsi və eyniləşdirməsi nəticəsində şəxsiyyətlərin müəyyənləşdirilməsi həyata keçirilib: “Digər istiqamət […]