KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq – Baş katib

Oxunma vaxtı:24 Saniyə

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhədyanı insident”dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:

“Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti: Azad olunmuş ərazilərdə bərpa və yenidənqurmada ABŞ şirkətlərini də görmək istərdik

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda vurğulayıb. Dövlət başçısı bildirib: “İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin […]