Növbəti 2 gün hava necə olacaq?

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var:

“Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq”.

Azərbaycanın əksər rayonlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda oktyabrın 15-16-da yağıntılı hava şəraiti davam edəcək.

“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. 15-i gündüz saatlarında yağıntıda əksər rayonlarda qısa müddətə fasilə olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 16-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq”.

Loading

Next Post

Bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edildi - Sərəncam

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə yeni təyinatlar belədir: Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin […]