“Hamilə halda məktəbə gələ bilərdi” – Nazirdən 13 yaşlı qızla bağlı AÇIQLAMA

Oxunma vaxtı:33 Saniyə

Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün 13 yaşında ana olan yeniyetmə ilə bağlı dedikləri sosial şəbəkə müzakirə edilib.

Metbuat.az xəbər verir ki, jurnalistin 13 yaşlı qızın 9 ay məktəbə getməməsi və məktəbdən yayınması ilə bağlı araşdırmalarla bağlı sualına nazir belə cavab verib:
“Bu məsələ ilə bağlı araşdırma aparılır. Hazırda məndə bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Həmin məktəblinin ən az 9 ay məktəbdən yayınması məntiqinizi anlamadım. Niyə yayınmalıdır ki?”.

Jurnalist isə cavabında yeniyetmənin 9 ay hamilə olmasını əsas gətirib. Nazir isə “hamilə ola-ola məktəbə gələrdi” cavabını verib.

Emin Əmrullayev qeyd edib ki, müvafiq orqanlar araşdırma aparır və əldə olunan nəticələrə görə tədbir görüləcək.

Loading

Next Post

Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır. APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib. “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli […]