

Tunisdə bəy anasının təkidi ilə Lamiyə Əl-Ləbavi adlı gəlini toy günü atıb.
BiG.AZ xəbər verir ki, bu barədə “The Mirror” yazır.
Belə ki, toydan öncə gəlini yalnız şəkillərdə görən qayınana onu canlı gördükdə çox çirkin və bəstəboy olduğunu bildirərək toyu dayandırıb.
Daha sonra dərdini sosial şəbəkələrdə paylaşan gəlin toya hazırlığa külli miqdarda pul xərclədiyini və ona maddi dəstək olacaq valideynlərinin olmadığını açıqlayıb. O, bəyin anasının bu davranışından şokda olduğunu və artıq utandığından insanların üzünə bax bilmədiyini etiraf edib.
Sosial şəbəkə istifadəçiləri xanıma dəstək olublar və oğlanı “mamanın gül balası” adlandıraraq, etdiyinin kiişlikdən uzaq olduğunu deyiblər.




![]()
