Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Oxunma vaxtı:21 Saniyə

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.

Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.

Loading

Next Post

Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının […]