Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq

Oxunma vaxtı:16 Saniyə

Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

“Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik”.
Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq

Loading

Next Post

Kamran Əliyev Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev aprelin 3-də, saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və Yevlax rayon sakinlərini qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Məlumatda vurğulanıb […]