Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Oxunma vaxtı:44 Saniyə

10-14 aprel qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı melumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/3b3aeb3e1ef61ca1c86aec167.pdf

https://uploads.cbar.az/press-releases/c0b0ae4c35422b6b79d86a1f4.pdf

https://uploads.cbar.az/press-releases/f92afe9000f421688adadd472.pdf

Loading

Next Post

Hərbi İnstituda oxumaq istəyənlərin nəzərinə! - Yeni ixtisaslar YARADILDI

Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün yeni ixtisaslar yaradılıb. II qrupundan menecment, III qrupdan isə beynəlxalq münasibətlər və tarix ixtisasında oxumaq istəyənlər də Hərbi İnstituta müraciət edə biləcək. Əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 5 ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta […]