Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Oxunma vaxtı:35 Saniyə

Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.

Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb.

Loading

Next Post

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Tbilisinin simvolik abidələri mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq. Tbilisidə işıq şousu təşkil olunacaq. Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən “Sülh körpüsü” mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılacaq.