Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

Oxunma vaxtı:25 Saniyə

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

“Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır”, – qeyd olunub.
[center][img]https://azadmedia.az/uploads/posts/2026-02/1770902172_698dcc9d86cff698d-b.png[/img][/center]

Loading

Next Post

Bakının Leyla Məmmədbəyova küçəsində maşınla hərəkət tam məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət […]