Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

“Report”un Özbəkistana ezam olunan müxbiri xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir.

Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.

12:39

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

Bu barədə “Report”un Özbəkistana ezam olunan əməkdaşı xəbər verir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib. “Report”un əldə etdiyi məlumata görə, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub. Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib. Eyni zamanda, Aparat rəhbərinin […]