Bakının Leyla Məmmədbəyova küçəsində maşınla hərəkət tam məhdudlaşdırılacaq

Oxunma vaxtı:21 Saniyə

Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Loading

Next Post

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil […]