Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur – XƏBƏRDARLIQ

Oxunma vaxtı:22 Saniyə

Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Yağıntının aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

Loading

Next Post

 Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişib

Almaz Mambetov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri vəzifəsindən azad edilib. Bu barədə Qırğızıstan KİV-ləri bu ölkənin Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən məlumat yayıb. Məlumata görə, onun yerinə Zamirbek Osmonov üç il müddətinə təyin edilib. O, əvvəllər İqtisadi sahədə Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidmətinin sədri, Dövlət Vergi Xidmətinin rəhbəri vəzifələrində […]