Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə


Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.

Loading

Next Post

İlham Əliyev Astanada - Tokayev şəxsən qarşıladı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib. Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.