Sabah Bakıda 18° isti olacaq

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Loading

Next Post

Baş prokurorun xidməti vəsiqələrlə bağlı səlahiyyətləri artırılır

Milli Məclisin plenar iclasında Azərbaycan Baş prokuroru və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib. Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif olunub. Qanun layihəsinə görə, prokurorluq işçilərinin xidməti vəsiqəsində əks olunan məlumatların, təsvirlərə dəyişikliyin edilməsi zamanı vəsiqə nümunəsinin təsdiq edilməsi Baş Prokurorun qanunla həll etdiyi məsələlərin […]